SON DƏQİQƏ

V. Mustafayevin YALTAQLIĞI

Tarix:

3-09-2020, 09:33

/ 4 135 dəfə oxundu.
V. Mustafayevin YALTAQLIĞI

Bu gün Vahid Mustafayevin facebookda yazdığı Əli Həsənovla bağlı bir yazısın oxudum desəm ki, əsəbləşdim, inanmayın. Düşünürəm ki, belə adamların yazısına əsəbləşmək olmaz, əksinə ağlamaq lazımdır. Elə məndə ağladım. Ağladım ona görə ki, bu yaltaqlığınan, bu rıyakarlığınan bu xəyanətinən hara gedir sabahımız.
Vahid Mustafayev, yazırsan ki, "Noraşen rayonu, Tənənəm kəndi, naxır sürüsü, Əli Həsənov, Heydər Əliyev, Ramiz Mehdiyev nə bilim nələr-nələr".
Vahid məllim, birincisi sən Noraşen yazmaqla bütün Şərurlulara ilişirsən və çox səhv edirsən, deyəsən Noraşen sözü yağ kimi yayaılır sinənə o sözü unuda bilmirsən. Amma unutsan yaxşıdır çünki, o ad iki dəfə dəyişilib artıq.
Vahid məllim ikincisi, Əli Həsənov mənim həmkəndlim və qohumum olsada mən Əli Həsənovu axırıncı dəfə 1992-ci ildə görmüşəm. Amma sən Vahid Mustafayev, hər gün Əli Həsənovun şəninə ANS televiziyasında yeni-yeni verilişlər hazırlayırdın, getmə gözümdən, gedərəm özümdən deyirdin, Atam deyirdin, Əli müəllimin olduğu süfrəyə çay paylamağı özün üçün şərəf sayırdın, nə oldu birdən-birə Əli Həsənovun keçmişi yada düşdü. Həəəə işdən çıxıb ona görə? Yox əşşi bu ola bilməz. Sən axı yaltaq, xəyanətkar adam deyilsən. Axı sən obyektiv jurnalistsən, axı sən Əli Həsənovun təqdimatı ilə əmakdar jurnalist adı alıbsan.
Vahid məllim üçüncüsü isə, yazırsan ki, o vaxt Heydər Əliyev və Ramiz Mehdiyev bunun nəyini apardı öz yanına mənim üçün maraqlı olaraq qaldı. Nolar o vaxt uşaq olubsan Heydər Əliyevdən və Ramiz Mehdiyevdən qorxubsan soruşa bilməyibsən. Ancaq hələdə gec deyil İlham Əliyevə müraciət elə, və soruş əcaba Heydər Əliyev Əli Həsənovu niyə özüynən gətirmişdir. Yox inanmıram bunu soruşa biləsən axı sənin gücün ancaq yıxılana çatar.
Ədib İSAOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ