SON DƏQİQƏ
» » Yeni tədris ili haqda qərar... - Ekspertdən proqnoz

Yeni tədris ili haqda qərar... - Ekspertdən proqnoz

Tarix:

27-08-2020, 15:42

/ 4 774 dəfə oxundu.
Yeni tədris ili haqda qərar... - Ekspertdən proqnoz

Təhsil Nazirliyi Operativ Qərargahla birlikdə virusa yoluxma statistikasını nəzərə alaraq müəyyən zonalarda tədrisi qismən başlada bilər.

Bunu təhsil eksperti Elşən Qafarov Operativ Qərargahın yeni tədris ili ilə bağlı bu gün keçirilməsi planlaşdırılan iclasını şərh edərkən deyib. O bildirib ki, məktəblərin açılması ilə bağlı qərarın verilməsinə tələsmək olmaz:

"Hazırda yoluxma sayı artır və qarşıdan payız ayları gəlir. Bu səbəbdən düşünürəm ki, məktəblərin açılmasına tələsmək lazım deyil. Yoluxanlar arasında şagirdlərin çox olacağı təqdirdə məsuliyyəti kim üzərinə götürəcək? Bütün hallarda Təhsil Nazirliyinin onlayn dərslərə və beynəxalq təcrübədən istifadə edərək ibtidai təhsil səviyyəsində hibrid dərslərə üstünlük verməsi daha yaxşı olar. Bununla yanaşı, ölkədə 3500-dən artıq yeni məktəb tikilib. Məktəblərin yerləşdiyi infrastruktur və ayrı-ayrı bölgələrdə olan risk halları yeni deyil. Bu səbəbdən düşünürəm ki, Təhsil Nazirliyi Operativ Qərargahla birlikdə yoluxmanın daha çox qeydə alındığı əraziləri müəyyən edərək və zonalara bölməklə tədrisə qismən başlaya bilər. Əsas təhlükə böyük, mərkəzi şəhərlərdədir. Böyük şəhərlərimizdə koronavirusun yayılması da, şagirdlərin sayı da çoxdur. Ucqar rayonlarda onsuz da siniflərdə uşaqların sayı az olur. Buna görə də məktəblər və siniflər üzrə şagird sıxlığını nəzərə alaraq kənd məktəblərində tədrisi başlatmaq olar. Şəhər məktəblərində, xüsusilə də Bakı, Sumqayıt, Gəncədə ehtiyatlı olmaq və virtual məktəbdən istifadə etmək lazımdır. Eyni zamanda, hibrid dərslərdən qismən istifadə etmək olar, amma bu da böyük riskdir”.

Qeyd edək ki, bu gün Operativ Qərargahın yeni tədris ili ilə bağlı iclasının keçiriləcəyi planlaşdırılır. İclasda Təhsil naziri Emin Əmrullayevin iştirakı da gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ