SON DƏQİQƏ

Tovuzdakı vəziyyətlə bağlı RƏSMİ XƏBƏR

Tarix:

21-07-2020, 13:40

/ 3 318 dəfə oxundu.
Tovuzdakı vəziyyətlə bağlı RƏSMİ XƏBƏR

Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır".

Bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: "Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub. KİV təmsilçilərindən bunu nəzərə almalarını xahiş edirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ