SON DƏQİQƏ
» » Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək

Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək

Tarix:

15-04-2020, 08:57

/ 1 516 dəfə oxundu.
Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək

Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan bayrağı videoproyeksiya olunub.
GunAz.az xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş etdirilib.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur.
Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.publika.az
скачать dle 12.1

Şərhlər