SON DƏQİQƏ
» » Prezident “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb

Prezident “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb

Tarix:

18-12-2019, 20:29

/ 1 664 dəfə oxundu.
Prezident “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. 

GunAz.az-ın məlumatına görə, Sərəncamda deyilir: 

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

скачать dle 12.1

Şərhlər