Görkəmli Azərbaycan yazıçısı və şairi Əyyub Abbasovu müasir dövrün oxucuları, demək olar ki, tanımır. Ancaq o, ikicildli "Zəngəzur" tarixi romanı ilə öz dövründə imzasını təsdiq etmiş samballı qələm sahiblərimizdən, yazıçılarımızdan biridir.
Sözügedən romanın işıq üzü gördüyü tarixdən, yəni 1956 - cı ildən bu günə qədər Ermənistan Respublikasında oxunması, kütləvi nəşri qadağandır. Çünki Əyyub Abbasov həmin romanda Qərbi Azərbaycan torpaqlarının soydaşlarımıza aid olduğunu, ermənilərin daim xalqımıza qarşı böhtan və çirkin iddialar irəli sürdüyünü yazıb. Ötən əsrin 18-ci ilində Qərbi Azərbaycanda baş verən ictimai-siyasi, sosial və mədəni hadisələri bədii lövhələrlə oxucuya çatdırıb. Müəllif "Zəngəzur" romanı ilə Qərbi Azərbaycanda məskunlaşmış insnaların həyatını, məişətini, yaşayış tərzini gözəl biçimdə, müfəssəl şəkildə canlandıra bilib...
Nəzərinizə çatdıraq ki, Əyyub Abbasovun ilk qələm təcrübələri - şeirləri Naxçıvan Muxtar Respublikasının rəsmi mətbuat orqanı olan "Şərq qapısı" qəzetində işıq üzü görüb. Bəli, yazıçının ilk şeirləri "Şərq qapısı" qəzetində çıxmış (1926), "Mübarizə" adlı şeir kitabçası 1932 - ci ildə Naxçıvanda nəşr olunmuşdur. Sonralar Bakıda Günəşli yollar (1938), Ürək nəğmələri (1948), Könül şikəstəsi (1956) və digər şeir və poema topluları çapdan çıxmışdır. Bununla yanaşı, Əyyub Abbasovun "Qadın azadlığı" adlı ilk pyesi Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. "Böhtan", "Qardaşlar", "Bahar nəğməsi", "Şəfəq", "Məlik" "Məhəmməd", "Alma ağacı", "Qisas", "Sevinc" pyesləri, və bir neçə tərcümələri də vardır...
Bu gün Əyyub Abbasovun anım günüdür.