SON DƏQİQƏ

İşğalçı AĞACLAR

Tarix:

9-04-2024, 20:28

/ 4 729 dəfə oxundu.
İşğalçı AĞACLAR

Sadıq QarayevYazıçı,
Biologiya üzrə fəlsəfə doktoru, dosent.
Nədənsə həmişə sərv, xüsusilə şam ağaclarından xoşum gəlməyib, onlara yad və süni kimi baxmışam.
Bəzən onlar olan yerləri də elə bilmişəm.
Düzdür məntiqcə qəbul edirəm ki, pis, lazımsız bitki yoxdur, hətta zəhərli, görünüşcə xoşumuza gəlməyə bilən növlər də ən qiymətlidir.
Amma yenə də bu cupresus simperviensis- həmişəyaşıl sərvdən, pinus- şamlardan xoşum gəlmir ki, gəlmir.
Elə onları əkib, guya yaşıllıq salmaq işlərinə də bu ağacların özü kimi sünilik, plan yerinə yetirmək, can qurtarmaq mənasıyla baxıram.
Hara baxırsan sərv əkirlər, kimə baxırsan sərv əkir. Bəzən elə bilirəm ki, bunlar ting yox, şimaldan gəlmiş adamlardı, torpağımızı işğal
edirlər...
Bir də nədənsə bu torpaqları şamla, sərvlə doldurmağı vəzifələrə xarici dil bilənləri əkməyə bənzəndirəm. Öz floramız və öz dilimizə niyə yabanıcasına göz bərəldirik?
Elə bir xarici görəndə də üzündən gedirik...
Aşağıda yerli, "doğma" ağac növlərindən  yazacam,  onların çoxu nadir, relikt növlərdir.
Bunlardan əkin yaşıllıqlar, parklar salanda, yalandan özünüzü ağac əkən kimi göstərmək istəyəndə. Bu həm də həmən bitkiləri artırmaq, genefondunu qorumaq deməkdir.
" Yaşıl dünya naminə həmrəylik" ilində ürəknən ağac əkin, yenə sərvləməyin, şamlamayın.
Bir də bu növləri aprel, may aylarında təzə yarpaqlayanda, çiçəkləyəndə xəyalən onların necə gözəl, xınalı gəlinə bənzər, nazlı, doğma olması ilə, şimallıların qartımış, quru qarılarına oxşar sərv, şam yarpaqları ilə müqayisə edin.
"Yaşıl dünya naminə həmrəylik ilində" əkilməsi tövsiyyə edilən Azərbaycan florasının relikt və nadir növlər:
Acer velutinum Boiss- nəhəng və ya məxməri ağcaqayın, A.pseudoplatanus L.-yalançı çinaryarpaq ağcaqayın,  Alnus barbata C.A.Mey- saqqallı qızılağac, Betula raddeana Trautv.-radde tozağacı,  Carpinus  orientalis Mill.-şərq vələsi, Corylus avellana L.- adi fındıq, Fagus orientalis Lipisky.-şərq fıstığı, Castanea sativa Mill.-adi şabalıd, Quercus castaneifolia C.A.Mey- şabalıdyarpaq palıd, Q.iberica Stev. Ex Bieb.–gürcü palıdı, Cornus mas L.– adi zoğal, Fraxinus coriariifolia Scheele.- sumaqyarpaq göyrüş, F.excelsior L.- adi göyrüş, Juglans regia L.-adi qoz, yunan qozu, Philadelphus  caucasicus Koehne- qafqaz leyləkotu, Pterocarya pterocarpa (Michx) Kunth.-qanadmeyvəli yalanqoz, Tilia begoniifolia Stev.(T.caucasica Rupr.)- qafqaz cökəsi, Zelkova carpinifolia (Pall) C.Koch- vələsyarpaq azat ağacı,  Vitis silvestris C.C.Gmel.-meşə üzümü
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ