SON DƏQİQƏ

Baş nazirdən yeni qərar

Tarix:

23-05-2023, 18:14

/ 1 719 dəfə oxundu.
Baş nazirdən yeni qərar

Nazirlər Kabineti "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər.

Bu Qaydanın 3.12-1-ci bəndində göstərilən qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək//axar.az
скачать dle 12.1

Şərhlər