
Böyükağa Mircəfər oğlu Məmmədov
Azərbaycan rəqsinin inkişafı və təbliğində böyük rolu var. Xüsusilə «Naz eləmə», «Qaytağı» rəqslərini yüksək şəkildə ifa etmişdir.
Söhbət Azərbaycanın tanınmış rəqqas və baletmeysteri Böyükağa Məmmədovdan gedir.
Böyükağa Mircəfər oğlu Məmmədov 1927-ci il yanvarın 23-də Bakıda anadan olmuşdur.
1955-ci ildə Bakı Xoreoqrafıya məktəbini bitirmişdir. 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuşdur.
1965-ci ildə Respublikanın xalq artisti adına layiq görülmüşdür.
1966-cı ildən Texniki və Bədii Yaradıcılıq Evi, Y.Qaqarin adına Pionerlər Sarayı rəqs kollektivlərinin bədii rəhbəri olmuşdur.
1971-ci ildən Bakı Xoreoqrafiya məktəbində dərs demişdir.
Tələbə və gənclərin Berlin (1951-qızıl medal), Varşava (1953) və Moskvada (1957) keçirilən Ümumdünya festivallarının laureatıdır.
Azərbaycan rəqsini Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan və digər ölkələrdə təmsil etmişdir.
***

Eduard Mane
Eduard Mane (fr. Édouard Manet) — fransız impressionist rəssamı. XIX əsrdə müasir mövzulu əsərlər çəkməyə başlamış ilk rəssamlardandır. Mane realizm cərəyanından impressionizm cərəyanına keçməkdə böyük rol oynamışdır. Eduard Mane Çəmənlikdə səhər yeməyi və Olimpiya əsərləri ilə böyük uğur əldə etmişdir. Müasir dövrdə bu iki rəsm əsəri modern mədəniyyətin başlanğıcı hesab olunur.
***
