
Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Məlumata görə erli vaxtla saat 15:42-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Təkanların maqnitudası 3,1 dərinliyi isə 60 km olub.