SON DƏQİQƏ
» » Viza qaydaları ilə bağlı daha bir DƏYİŞİKLİK

Viza qaydaları ilə bağlı daha bir DƏYİŞİKLİK

Tarix:

10-01-2023, 15:43

/ 2 116 dəfə oxundu.
Viza qaydaları ilə bağlı daha bir DƏYİŞİKLİK

Azərbaycan "Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

Bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatında bildirilib.

Məlumata görə, bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.

скачать dle 12.1

Şərhlər