Litvada sərxoş avtomobil idarə edənlər bu ilin yanvar ayından etibarən cinayət məsuliyyətinə cəlb olunacaqlar.
"RİA Novosti”yə istinadən xəbər verir ki, yerli yol polisinin yaydığı məlumata görə, bəzi hallarda sərxoş sürücülər 1 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.
"Yoxlayan zaman qanında 1,5 promildən çox alkoqol aşkar olunan sürücülər cərimə olunacaqlar, yaxud həbs olunacaqlar və ya 1 ilədək azadlıqdan məhrum olacaqlar”, - məlumatda deyilir.
Eyni zamanda sürücülük vəsiqəsindən məhrum olan şəxslər bu hüququ yalnız 10 ildən sonra təkrar əldə edə bilərlər.