SON DƏQİQƏ

Ümid işığı - HEKAYƏ

Tarix:

8-07-2021, 17:41

/ 3 367 dəfə oxundu.
Ümid işığı - HEKAYƏ

Payız ayı idi. Hava soyumuşdu. Göy üzünü qara buludlar almışdı. Hər dəqiqədə yağış yağa bilərdi. İnsanlar parkdan keçərək evlərinə tələsirdilər. Ağacların saralıb yerə tökülən yarpaqlarını külək o yana-bu yana atırdı. Yalnız bir qadın heç yerə tələsmədən parkda oturmusdu. Qadın dərindən ah çəkdi , "mənim də həyatım düşən bu yarpaqlara bənzəyir. Həyat məni külək kimi ora-bura atdı”. Qadının üzü qırış, əlləri qabar-qabar idi. Gözlərinin ətrafi kölgələnmişdi. Yalnız gözlərində ümid işığı vardı. Gündüzlər bir qarın doydurmaqçün qapı-qapı iş tapıb işləyir, axşamlar dilənçilik edиrdi.

Qadın: - Yay da keçdi, - dedi və öz-özünə düşüncəyə daldı: Getməyə yerim də yoxdu. Axşam düşməmiş sığınmağa bir yer tapım.

Bu zaman qarşısında bahalı qara maşın dayandı. Gənc oğlan maşından düşüb qadına yaxınlaşdı:

- Niyə bu soyuq havada oturmusuz? Hava qaralır, evinizə gedin.

Qadın başını qaldırıb gəncə baxdı. Gəncin hündür boyu, düzqara saçı, sol yanağında qara xalı vardı. Qadın düşündü: "Ümidimin yanağında belə xal var idi”. Gəncə baxıb gülümsündü. Dedi:

- Bir komam olsaydı, gedərdim.

Gənc:

- Bəs indiyədək küçədə qalmыsыz? Kimsəniz yoxdu?

Qadın gözlərini uzağa zilləyib dedi:

- Kimsəm yoxdu. Əvvəllər işlədiyim evlərdə qalırdım. İndi kimdi məni evinə aparıb, iş verən? Qocalmışam.

Gənc duyğulandı və dedi:

- Narahat olmayın, mən sizə köməklik edəcəm.

Qadını maşına mindirib, qocalar evinə aparıb yerləşdirdi. Cibindən kart çıxarıb qadına uzatdı. Bu, mənim telefon nömrəmdi, götürün, çətinliyиniz olsa, zəng edərsiz. Gənc sağollaşıb getdi.

Ümid xoşbəxt bir ailədə dünyaya göz açmışdı. Anası Lalə 18 yaşında Təbrizdən Bakıya xalasının evinə qonaq gəlmişdi. İran sərhədlərini bağladığı üçün Lalə Təbrizə qayıda bilməmişdi. Lalə Bakıya gəldikdən sonra elçilərin ardı-arası kəsilmirdi. Xalası Fəridənin həyat yoldaşı, "Mən yalnız qohumuma verəcəm Laləni” demişdi. Laləyə elçi düşənlərin arasında Əli də vardı. Əli Laləni çox sevirdi. Neçə dəfə elçi göndərməyinə baxmayaraq, Laləni ona vermirdilər. Əli ali təhsil almışdı. Memar olaraq işə düzəlmişdi. O, uca boylu, hazırcavab oğlan idi. Valideynləri Gəncədən Bakıya gəlmiş və ailə qurmuşdu. Əli, Zümrüd və Lalə bir-biriylə yaxın dost olmuşdular. Novruz bayramında Lalə Zümrüdlə dükana gedərkən Əli Laləni qaçırmışdı. Çox xoşbəxt idilər. Ümidin dünyaya gəlişi toy-bayram oldu. Əli get-gedə şəhərdə bacarıqlı memar kimi tanınırdı. İşi yaxşы idi. Zümrüd də sevib-seçdiyilə ailə qurdu. Həyat öz axarı ilə keçirdi. Dostları Əliyə paxıllıq edirdi. "Görürsən, elə bil Əlinin üzündə şeytan tükü var. Hara gedir, qapılar üzünə açıqdı”- deyə onlar düşünürdülər. Əli maşın alдı, biz hələ yeriмizdə sayırıq… O gündə yoldaşı üçün bahalı daşlarla bilərzik alıb…

Əlinin ailəsi иля баьлы söz-söhbət kəsilmirdi. Lalə xeyirxah qadın idi. Orta boylu, ağ bənizli, yaşıl gözləri var idi. Sarı, qıvrım saçları üzünə tökülürdü. Qonşular ya duz, ya da başqa bir şeyləri bəhanə edib evlərinə gəlirdilər. Hər tərəfinə göz gəzdirirdilяr. Lalə çox səliqəli-sahmanlı qadın idi. Onları boş qaytarmırdı.

Yay ayı idi. İstilər düşmüşdü. Əli məzuniyyət götürüb, ailəsiylə istirahətə getdilər. Qayıdanda sol tərəfdən, dar, uzun yoldan maşın çıxıb Əlinin maşınıyla toqquşdu. Qəza edən sərxoş idi. Əli орадаъа dünyasını dəyişdi. Lalə isə başından ağır zərbə almışdı. Yalnız Ümidə xətər dəyməmişdi. Lalə bir müddət yaddaşını itirdi. Ümidi kimsəsiz uşaq evinə qoyurlar. Lalə uzun müddət müalicədən sonra oğlunu axtarmağa başladı, hara müraciət etdi, ya xəbərləri olmadı, ya da ölüb dedilər...

…Qocalar evində sükut hökm sürürdü. Bəziləri bir-biriylə sakitcə danısırdı. Adilə Naziləyə dedi:

- Nədən buradasan?

Nazilə:

- Nə bilim, ay bacı, qızımın yoldaşı istəmədi onlarda qalam, dəqiqə başı qızımın üzünə gəlirdi. İşlərinə kömək edirdim, nəvələrimə baxırdım. Rəhmətlik ərim ona nə qədər kömək eləmişdi. Kasıb oğlan idi. İndi mənə onlarda yer yoxdu. Qızım nə etsin, ərinin xasiyyəti pisdi.Yazığa gün verib, isıq vermir.

Nazilə Adilədən soruşdu:

- Bəs sən niyə buradasan?

- Mənim oğlum var, evləndirdim özü istədiyi qızla. Gəlnimin əvvəl səsi çıxmırdı. İndi nə deyir, oğlum təsdiqləyir. Gəlin məni yola vermədi, axırı evdən çıxıb bura gəldim, qulağım dinc oturmuşam.

Lalə isə susurdu. O biri otaqdan Kamal kişinin səsi gəlirdi. Otaq yoldaşı Kərimə oğlundan danışırdı:

- Mənim oğlum məni bura qoymaq istəmirdi. Deyirdi, ay ata, getmə, sənə nə lazımdı? Yemək korluğun yox, rahatlığın öz yerində. Mən özüm buraya gəlmək istədim…

O, bu sözləri deməyinə baxmayaraq, yatanda isə yorğanın altında, gizli-gizli ağlayırdı.

Həkim Laləyə yaxınlaşdı və dedi:

- Lalə xaла, necəsiz? Təzyiqиnizi yoxlayыm?

Hər bazar günü buradakı yaşlıların qızı, oğlu, ya da qohumları ziyarət edirdi. Bu gün ziyarətçilərиn içində Ümid də vardı. O hər kəsi dindirib, bağlı nəsə verirdi. Yaşlılar da onu çox sevirdi… Ümid ailəsini itirdikdən sonra kimsəsiz uşaq evində böyümüşdü. O, sənədlərini Moskva Beynəlxalq Əlaqələr Unиversitetinə vermiş, oranı yüksək qiymətlərlə bitirmiшdi. Məsul vəzifədə isləyirdi. Ümid Laləyə yaxınlaşıb, əhvalını soruşdu, bağlamanı ona uzatdı… Lalə utandı. -Sağol övladım, niyə əziyyət çəkirdin? - dedi.

Ümid dilləndi:

- Əziyyət deyil, vaxtım olanda bura gəlirəm.

Günlər, aylar keçirdi. Ümid vaxtaşırı gəlib yaşlılara baş çəkirdi. Sonradan ailəsi - yoldaşı Sevda, oğlu Səlim, qızı Ülkərlə gəlirdi. Uşaqlar Laləni çox sevir, ondan ayrılmaq istəmirdi.

Günlərin birində Sevda Ümidə dedi:

- Mən işləmək istəyirəm, neçə il əziyyət çəkib oxumuşam ki, həkim olum. Uşaqlar da artıq körpə deyil.

Ümid:

- Bəs usaqlara kim baxacaq? - deyə düşündü.

Sevda:

- Maraqlanaq uşaq baьçalarıyla.

Sevda da Ümidlə uşaq evində böyümüшdü. Ona görə də bir-birini hər zaman başa düşürdülər. Sevda sarışın, şirin dilli гыз idi. Ümiddən dörd yaş kiçikdi. Ümid hara gedirdi, Sevda onun yanından əl çəkmirdi. Sevda böyüdцkcə Ümidin xoşuna gəlməyə başlayırdı. Ümid Sevdaya qarşı hisslərindən utanıb uzaq gəzməyə başladı. Ümidə dövlət yardım edir, yaxşı oxuduğu üçün pul verirdi. Ümid Moskvaya getməyə hazırlaшırdı. O, Sevdaya yaxınlaşıb dedi:

- Məni gözlə, səninlə evlənəcəm.

Sevdanın üzündən öpüb otağına tərəf getməyə tələsdi…

...Ümid hər yerə xəbər saldı, istədikləri baьçanı tapa bilmədilər.

Ümid:

- Bəlkə, Lalə xalanı evimizə gətirək, usaqlar onu çox sevir, - dedi.

Sevda razılaşdı. Səhəri gün Lalə Ümidin evinə gəldi. O, hər bir işin öhdəsindən gəlir, dadlı, ləzzətli yeməklər, şirniyyatlar hazırlayırdı. Hamı evdə onu çox sevirdi. Günlər keçirdi. Bir gün Ülkər atasından soruşdu:

- Ata, mənim nənəm, babam hardadı?

Ümid ötəri:

- Cənnətdə, - dedi və qəzeti əlinə alıb oxumağa başladы.

Sevda:

- İndiyədək heç valideynlərindən söz açmamısan, Ümid.

-Nə deyim, çox şeyi unutmuşam, uşaq idim. Bir şeyi bilirəm, xoşbəxt idik. Bir də atam anama bilərzik almışdı, - dedi.

Bu zaman Lalə əlində qablarla otağa girdi, qabları masaya düzməyə başladı. Ümid isə söhbətinə davam elədi:

- Bilərzik qaşlarla bəzədilmişdi, görünür çox baha idi. Bilərziyin altında adlar yazılmışdı. Nə ad olduğunu unutmuşam. Lalə güclə dururdu, masadan tutub, özünü ələ aldı və tez otağına keçdi. Öz-özünə: - Oğlum, canım, - deyib təkrarladı. "Ümid, mən sənin ananam deyə bilmərəm. Oğlum soruşsa, bəs sən indiyədək haradaydın, niyə məni axtarmadın, nə deyəcəm? Vladimir həkim mənə oğlun ölüb, deyib. Hətta basdırıldığı yeri göstərib. Neçə ildir həmin məzarın başında ağlamısam”.

Lalə günlərlə ac qalmasına baxmayaraq, bilərziyə toxunmamışdı. Bu hadisədən üç il keçmişdi. Lalə yataqdan qalxa bilmirdi, bərk xəstə idi. Həkimlərin köməyinə baxmayaraq xəstəliyi ağırlaşırdı. Sevda yemək hazırlamaq üçün mətbəxə keçdi, qayıdanda Lalənin tərpənmədən uzandığını gördü və qışqırdı. Ümid yerindən dik

atıldı. Lalə son nəfəsini vermiş, dünyasını dəyişmişdi. Ümid Laləni yerindən qaldırıb həkimə aparmaq istərkən Lalənin cibindən ağır bir şey yerə düşdü. Bir məktub və bilərzik vardı. Ümid bilərziyi o dəqiqə tanıdı, anasının bilərziyi idi. Arxasında "Əli-Lalə-Ümid” yazılmışdı. Ümidin gözləri yaşla dolmuşdu:

- Canım oğluma!

Məktubun başlığı belə yazılmıшdı. Ümid məktubu oxuyarkən ağlayırdı. Lalə məktubda öz həyatından və Əlidən yazmışdı. Ümid bilərziklə məktubu Sevdaya uzatdı .

- Qoru, - dedi.

Lalənin yasına çox adam yığışmışdı. Ümid Laləni dəfn edib, evinə qayıtdı…

... Аrtıq Lalənin haqq dünyasına qovuşmasından bir il keçmişdi. Ümidin qızıolmuşdu. AdınıLalə qoymuşdu...

 

Sumqayıt şəhəri,

iyun 2021-ci il


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ