SON DƏQİQƏ

Buz bağlayan çayı otelə çevirdilər — FOTO

Tarix:

24-12-2018, 20:37

/ 10 317 dəfə oxundu.
Buz bağlayan çayı otelə çevirdilər — FOTO

Isveçrədəki Torne çayı buz bağlayıb.

İsveçrənin Jukkasjörvi kəndində hər il bu buz bağlayan çayda otel inşa edilir. 

6 min göl və 6 çayla əhatə olunan, 600 nəfər əhalisi olan kənddə buzdan otel inşa edilib. Dünyanın məşhur dizaynerləri tərəfindən inşa edilən buz otel yaz aylarında əriyib Torne çayına qarışır. Çaydan çıxarılan 2500 buz blokla otel inşa edilir. Hər blokun çəkisi 2 tondur.

Otel müştəriləri gecəni soyuq otaqlarda qalırlar. Bütün digər vaxtlar isə isti otaqlarda olurlar. Yatmaq üçün nəzərdə tutulan otaqda isə tempratur mənfi 5 dərəcə olur. Yatmaq üçün isə xüsusi yuxu kisələri verilir. Səhər yuxudan duranda otel işçiləri bir fincan isti yabanı mərsin suyu verirlər. Əgər soyuq otaqda yata bilmizisinizsə, sizə xüsusi diplom da verilir.

 

скачать dle 12.1

Şərhlər