SON DƏQİQƏ
» » Özü düzəltdiyi paraşütlə tullanan gənc öldü

Özü düzəltdiyi paraşütlə tullanan gənc öldü

Tarix:

19-12-2018, 21:00

/ 10 383 dəfə oxundu.
Özü düzəltdiyi paraşütlə tullanan gənc öldü

Şənbə günü, dekabrın 15-də Ukraynanın Donetsk vilayətinin Makeyevka şəhərində yeniyetmə oğlan hündürmərtəbəli binadan tullanarkən ölüb. Ölümcül hadisənin videosu sosial şəbəkədə paylaşılıb.

GunAz.az-ın Tsn.ua-ya istinadən verdiyi məlumata əsasən, yeniyetmənin 15 yaşı olub.

O, 14 mərtəbəli tikintisi tamamlanmamış binanın damından aşağı tullanıb.  

Sosial şəbəkədə paylaşılan məlumata görə, paraşüt düzgün hazırlanmayıb. Bəzi məlumatlara görə, paraşüt kustar üsulla düzəldilib.

Qeyd olunur ki, yeniyetmənin tullanmasını izləyənlərin arasında onun anası da olub. Şahidlər hadisəni kameraya çəkiblər. Yeniyetmə oğlan qoruyucu şlem taxsa da, aldığı ciddi zədələrdən dünyasını dəyişib.

Həmçinin bildirilir ki, paraşüt düzgün hazırlansaydı belə, gəncin uğurla tullanması yenə də mümkün olmazdı. Belə ki, paraşütlə tullanmaq üçün optimal hündürlük 70 metr, yəni 25 mərtəbəli binanın hündürlüyü hesab olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ