“Canlı mərcan” rəngi 2019-cu ilin əsas rəngi seçilib.
GunAz.az xəbər verir ki, bu barədə rəng standartları şirkəti – “Pantone”nin peşəkar əməkdaşları bildiriblər.
Onlar qeyd ediblər ki, “canlı mərcan” rəngi bizim nikbinlik və şadyanalıq axtarışında olan tələbatımızı simvolizə edir:
“Biz təbiətdən enerji alırıq. Mərcan rifləri dənizdə yaşayışın və ruzinin mənbəyidir. O, dəyişən dünyada bizim ayaqda qalmağımıza kömək edir”.
“Pantone” artıq 20 ildir ki, ilin rəngini seçir. Şirkətin seçimi il ərzində dəbə, dizayna və digər sferalara təsir edir. 2018-ci ilin rəngi ultrabənövşəyi rəng elan edilmişdi.