SON DƏQİQƏ
» » Yupiter üzərində qəribə buludlar – NASA foto yaydı

Yupiter üzərində qəribə buludlar – NASA foto yaydı

Tarix:

14-11-2018, 08:32

/ 10 569 dəfə oxundu.
Yupiter üzərində qəribə buludlar – NASA foto yaydı

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yupiterin Şimal yarımkürəsində çəkilmiş “bükülmüş” buludların foto-şəkillərini yayımlayıb.

Teleqraf.com xəbər verir ki, görüntü üst bulud qatından 7000 kilometr məsafə uzaqlıqdan - “Juno” kosmik cihazı tərəfindən əldə edilib.

Fotolarda bir neçə “pop-up” formalı fiqurlarla yanaşı, “Ağ Oval” adlandırılan anti-klonik qasırğanı görmək mümkündür.

“Juno” 2011-ci ildə Yupiterin tədqiqatı üçün hazırlanıb və 2016-cı ildə fəaliyyətə başlayıb.

Aparatın missiyasına planetin qravitasiya və maqnit sahələrinin öyrənilməsi, habelə Yupiterin möhkəm bir nüvəyə malik olduğu hipotezini sınaqdan keçirmək daxildir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ