SON DƏQİQƏ

Kameralar bizi GİZLİ İZLƏYİR? - ARAŞDIRMA

Tarix:

28-09-2018, 16:45

/ 10 344 dəfə oxundu.
Kameralar bizi GİZLİ İZLƏYİR? - ARAŞDIRMA

Texnologiyanın həyatımızda qatdığı asanlıq özündə bəzi riskləri də ehtiva edir.

Bu gün smart-televizor, noutbuk, mobil telefon və planşet sahiblərinin heç biri veb kameraya qanunsuz girişdən qorunmayıb. Amerika xüsusi xidmət orqanlarının əməkdaşları bununla bağlı dəfələrlə xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, şəxsi həyatı izləmək mümkün olmasın deyə, kompüterdəki kameranı yapışqanla bağlamaq lazımdır.

Bununla bağlı son dövrlər istehsal olunan noutbuk və stolüstü kompüterlərdə kameranın özününü fiziki olaraq bağlayan əlavələr yerləşdirilər.

GunAz.az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz metbuat.az -a açıqlamasında bildirib ki, kompüterə bu kimi əlavələrin yerləşdirilməsinin səbəbləri var:

“Əvvəllər buraxılan noutbuklarda kamera açıq olurdu. Məsələn, kompüterə hər hansı bir virus daxil olan zaman kameranı aktivləşdirə bilir, istifadəçinin görüntülərini qeydə ala bilirdi. Lakin yeni buraxılan komputerlərin kameralarını fiziki olaraq bağlamaq mümkündür. Bu səbəblə, istehsalçılar son illər kompüterlərə kameranı bağlayan fiziki hissə əlavə edirlər.

Düşünürəm ki, elementar təhlükəsizlik qaydalarına əməl olunursa, kompüterdə hər şey normal vəziyyətdədirsə, antivirus aktivdirsə, orada hər hansı bir problemin yaranmasından söhbət gedə bilməz. Lakin kompüterdə elementar təhülkəsizlik qaydalarına əməl olunmayıbsa, elektromüdaxilələr varsa, hansısa bir təhlükə qaçınılmazdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ