SON DƏQİQƏ
» » Robotlar təbii fəlakətlərin nəticələrini aradan qaldıracaq

Robotlar təbii fəlakətlərin nəticələrini aradan qaldıracaq

Tarix:

31-07-2018, 08:21

/ 10 422 dəfə oxundu.
Robotlar təbii fəlakətlərin nəticələrini aradan qaldıracaq

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency - DARPA) təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına kömək edəcək kiçik robotların istehsalına başlayıb.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, "SHRIMP" (SHort-Range Independent Microrobotic Platforms) adlandırılan layihə çərçivəsində hazırlanan robotlar ən kiçikölçülü mexanizmlər olacaq. Həşərat ölçüsündə olan robotlar kifayət qədər sürətlidir, tullana, uça, predmetləri qaldıra və məkanı analiz edə bilir.

"SHRIMP" proqramı 3 sahəyə bölünür: ilk 2 istiqamət robot komponentlərinin və qidalanma elementlərinin yaradılması, 3-cü isə bilavasitə robotların istehsalıdır. Hər bir sahəyə 1 istehsalçı komanda cavabdehdir. Proqramın icra müddəti 3 il təşkil edir və bu vaxt 3 mərhələyə ayrılıb. Robotların yaradılması prosesi zamanı daha yaxşı nəticələrə nail olmaq üçün komandalar bir-biri ilə yarışacaq. Final mərhələsində komandalar birləşərək bilavasitə son məhsulun istehsalı ilə məşğul olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ