SON DƏQİQƏ

Bu ay 3 geomaqnit qasırğası gözlənilir

Tarix:

20-03-2018, 10:58

/ 10 408 dəfə oxundu.
Bu ay 3 geomaqnit qasırğası gözlənilir

Bu il Yer kürəsində 35 geomaqnit qasırğası baş verəcək.

Gunaz.az "Report"a istinadən bildirir ki, qasırğalardan biri martın 21-də gözlənilir.

Məlumata görə, sabah baş verəcək kosmik hava hadisəsi zəif olacaq. Lakin martın 22-si və 26-da baş verəcək növbəti qasırğa isə orta səviyyəlidir və bu da meteohəssas insanlara təsirsiz ötüşməyəcək.

Bundan başqa, martın 26-sı və aprelin 6-dan sonra maqnit qasırğaları gözlənilmir.

Alimlərin fikrincə, il ərzində gözlənilən 35 geomaqnit qasırğasından bir neçəsi çox güclü olacaq.

скачать dle 12.1

Şərhlər