SON DƏQİQƏ
» » Əl-ələ tutmaq fiziki ağrını yüngülləşdirir

Əl-ələ tutmaq fiziki ağrını yüngülləşdirir

Tarix:

27-02-2018, 10:59

/ 1 973 dəfə oxundu.
Əl-ələ tutmaq fiziki ağrını yüngülləşdirir

ABŞ-da aparılan yeni araşdırma, cütlüklərin əl-ələ tutaraq bir-birlərinin fiziki ağrılarını azaltdığını ortaya çıxarıb.

Gunaz.az xəbər verir ki, Araşdırmaya görə, sevdiyimiz insanın əlini tutmaq, dəriyə basılan isti bir metal parçasının verəcəyi ağrını keyləşdirəcək qədər təsirlidir.

Alimlər bu vəziyyətin empatiyadan qaynaqlandığını düşünürlər.

Onlar cütlüklərin bir-birlərinə duyduqları empatiyanı toxunaraq qarşı tərəfə hiss etdirə bildiklərini və beyin dalğalarının eyni tezlikdə “rəqs etməyə başladığını” deyib.

Toxunmaqla keçən empatiya duyğusunun ağrı hiss edən adamın stressini ləngitdiyi və beyinin ağrı azaldan kimyəvi maddələr ifraz etdiyi güman edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ