SON DƏQİQƏ

Hipermarketdə yaşayan qadın

Tarix:

3-10-2017, 07:38

/ 1 022 dəfə oxundu.
Hipermarketdə yaşayan qadın

ABŞ-ın Miçiqan ştatının sakini “Valmart” hipermarketində iki sutka keçirib. Bu barədə lenta.ru saytı xəbər verib. Polislər adı açıqlanmayan 45 yaşlı qadını mağazanın arxa hissəsində qulağında qulaqcıqla musiqi dinləyən yerdə tapıblar. Mağazanın meneceri bildirib ki, qadından bir neçə dəfə məkanı tərk etməsini xahiş etsə də, sonuncu buna məhəl qoymayıb.

Bundan sonra isə onlar polisə müraciət ediblər. Hadisə yerinə gələn polislər isə bildiriblər ki, qadın öncə hər şeyi inkar edib, amma sonra boynuna alıb ki, bir neçə gün hipermarketdə yaşayıb. Mağazanın gizli kamera qeydlərinə görə, qadın içəridə 4 sutka qalıb. Qadın danışıb ki, birgə yaşadığı oğlu onu alkoqolluqda ittiham edəndən və vurandan sonra evi tərk edib. Polis isə onun mağazada qanunsuz yaşayışını anlayışla qarşılamayıb və ona qarşı cinayət işi açılıb.

Qadının məhkəməsi 26 yanvarda olacaq. Həmin vaxta qədər harada yaşayacağı isə bilinmir. Polis həmçinin müəyyənləşdirib ki, hipermarketdə olduğu müddətdə qadın heç nə oğurlamayıb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ