SON DƏQİQƏ
» » İtmiş smartfonların axtarışı üçün üsul kəşf edilib

İtmiş smartfonların axtarışı üçün üsul kəşf edilib

Tarix:

8-09-2017, 17:34

/ 1 077 dəfə oxundu.
İtmiş smartfonların axtarışı üçün üsul kəşf edilib

Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün "SpeCam” adlı proqram hazırlayıblar. Mobil əlavə xüsusi alqoritmlər sistemindən istifadə edərək smartfonun olduğu səthin növünün və rənginin müəyyənləşdirilməsi üçün qurğunun ön kamera və ekranından yararlanır.
AZƏRTAC "Rambler” resursuna istinadən xəbər verir ki, bu halda displey smartfonun ön kamerası ilə tutuşdurulduqdan sonra axtarışın aparıldığı kompüterə göndərilən səthdən əks olunan çoxspektrli işıq mənbəyi qismində çıxış edir. Texnologiyanın əsas üstünlüyü axtarılan qurğunun aparat və proqram təminatına qarşı olan minimal tələblərdir.
Məlumata görə, "SpeCam” istənilən materialı asanlıqla müəyyənləşdirməklə farforu keramikadan dərhal seçir. Mütəxəssislərin planına görə, nəticədə istifadəçilər əlavənin işini (məsələn, səsli siqnalı aktivləşdirmək) müstəqil konfiqurasiya edə biləcəklər.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər