SON DƏQİQƏ
» » Filmimiz beynəlxalq festivalın qısa siyahısında

Filmimiz beynəlxalq festivalın qısa siyahısında

Tarix:

2-09-2017, 10:57

/ 1 756 dəfə oxundu.
Filmimiz beynəlxalq festivalın qısa siyahısında

İran və Azərbaycanın müştərək istehsalı olan "Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında iştirak edəcək. Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur.

 

Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışacaq. Bu bölmənin münsiflər heyətinə Əlirza Şahruhi (İran), Yelena Alekseyeva (Rusiya) və Orxan Milli (Türkiyə) daxildir.

 

Festival "mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilir. Builki festivala 61 ölkədən 782 film göndərilib. Filmlər içərisindən "Səs” filmi də seçilərək şort-listə düşüb.

 

Filmin mövzusu belədir: Gecələr ərinin amansız xorultusundan yuxuya həsrət qalmış qoca qadın, tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir.

 

Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb.

 

Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni şəkiliblər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. 

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ