SON DƏQİQƏ
» » Dünyanın sonu belə olacaq - Nobel mükafatçılarından xəbərdarlıq

Dünyanın sonu belə olacaq - Nobel mükafatçılarından xəbərdarlıq

Tarix:

1-09-2017, 23:30

/ 1 987 dəfə oxundu.
Dünyanın sonu belə olacaq - Nobel mükafatçılarından xəbərdarlıq

Nobel mükafatı almış 50 mütəxəssis dünyanın sonu ilə bağlı xəbərdarlıq edib. 
Bu günə qədər Nobel mükafatı qazananlarla aparılan bir anket sorğusu alimlərin dünyanın sonu üçün necə  ssenari qurduğunu nümayiş etdirib.  50 Nobel mükafatlı alim verilən suallara cavabında dünyanın sonuna əhalinin sayının artmasını və ekoloji amillərin təsir etdiyini bildirib.

GUNAZ.az bildirir ki, "Times Higher Education" tərəfindən aparılan tədqiqatda kimya, fizika, psixologiya, tibb və iqtisadiyyat sahəsində Nobel mükafatı qazanmış 50 nəfərdən dünyanın sonu haqqında fikirləri soruşulub.

Araşdırmaya qatılanların yüzdə 34-ü əhali artımının və təbiətə zərər verilməsinin bəşəriyyətin sonunu gətirəcəyini deyərkən, ikinci sırada mümkün görünən nüvə müharibəsinin başlaması yer alıb. Sorğuda sualları cavablandıran "dünyanın ən zəkalı adları" yoluxucu xəstəliklərin, dərmanlara dayanıqlı virusların və süni zəkanın da bəşəriyyətin sonunu gətirəcəyini irəli sürüb.
 
Elm insanları terrorizm və hətta Donald Trampın da dünyanın sonu üçün bir təhdid olduğunu ifadə edərkən sorğuda iştirak edən NASA alimi Con Mater "İnsanlar həddindən artıq iqlim dəyişikliklərinə çox diqqət etməlidir" deyib. Arşadırmada iştirak edən iki nəfər isə birbaşa olaraq "Donald Trump" deyəndə "Təəssüf ki, elmin buna bir çarəsi yoxdur" deyə bildirib. 

 
скачать dle 12.1

Şərhlər