SON DƏQİQƏ

Qurban bayramında bu əməl qadağandır

Tarix:

1-09-2017, 14:11

/ 1 634 dəfə oxundu.
Qurban bayramında bu əməl qadağandır

Qurban bayramı islam dinində ən müqəddəs və sevilən bayramlardan biridir.

GUNAZ.az xəbər verir ki, bu il Azərbaycanda Qurban bayramı sentyabrın 1 və 2-də qeyd edilir. Üç səmavi dinin - yəhudilik, xristianlıq və islamın hər birində fərqli formada qurbanlıq mövcuddur.
Qurban bayramı müsəlmanlar özünəməxsus şəkildə qeyd edirlər.
Qurban bayramının tarixində nələrdən danışılır?
Qurban kəsmək İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərdən oğlu İsmayılı qurban verməyi istəyir. Allaha qəlbən yaxın və sadiq olduğunu göstərmək istəyən İbrahim peyğəmbər oğlunu qurban kəsməyə hazırlaşarkən Allah bunu öz elçisinə rəva bilmir və ona bir qoç göndərir. Həzrəti İbrahimin bu qoçu qurban etməsilə islam tarixində bu gün qeyd olunmağa başlayır.
Qurban bayramının fəziləti nələrdən ibarətdir?
İnsanların istəyindən, niyyətindən, dəyərli mal varlığından keçə bilməsi onun qurban verməyə hazır olduğunun simvoludur. Bu bayramın əsas mahiyyəti imkanlılarla imkansızların birliyi və qardaşlığıdır. Qurban bayramının əsas missiyası kasıbları sevindirmək, küsülüləri barışdırmaq kimi gözəl xüsusiyyətləri özündə birləşdirir.
Qurban bayramında nələr edilməlidir?
Qurban bayramı günü məscidlərdə iki rükət bayram namazı qılınır, hətta bu namaz tək də qılına bilər. Amma kütləvi halında məscidlərdə qılınması daha yaxşıdır. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsi kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə, dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Ehsan və sədəqə vermək çox gözəl ənənədir. Amma bir sıra haram əməllər də var ki, onları etmək olmaz. Məsələn, Qurban bayramı günündə oruc tutmaq olmaz.


 

скачать dle 12.1

Şərhlər