SON DƏQİQƏ
» » Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

Tarix:

8-08-2017, 08:44

/ 4 306 dəfə oxundu.
Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

Ərsəyə gətirdiyi əl işlərini sosial mediada paylaşan gənc heykəltaraş minlərlə izləyici tərəfindən bəyənilir. Söhbət türkiyəli heykəltaraş Murad Daşqından gedir.
Gənc sənətkarın bu qədər çox sayda izləyici toplaması onun hazırladığı heykəllərin çaşdırıcı dərəcədə həqiqi olmasıdır. 1975-ci ildə Ankarada dünyaya göz açan sənətkar 1996-2000-ci illər arasında peşəsi üzrə təhsil almış, 1998-ci ildə özünün ilk iş yerini qurmuşdu.

GUNAZ.az  əl işləri ilə hər kəsi heyrətləndirən gənc sənətkarı sizlərə təqdim edir.

Murad Daşqın əsasən Türkiyənin tarixi və məşhur şəxsiyyətlərinin heykəllərini hazırlayır. Bu heykəllər arasında Mustafa Kamal Atatürk başda olmaqla, Kamal Sunal və Barış Manço və Əhməd Qaya kimi tarixi şəxsiyyətlər də yer alıb.
Sənətkar əl işlərinin istehsal mərhələlərini və detallarını da instagramda izləyiciləri ilə bölüşür. Onlardan məsləhətlər alaraq bəzi düzəlişlər də edir.
Ən çox marağa səbəb olan əl işi isə hamımızın Şaban kimi tanıdığımız Kamal Sunalın heykəlidir. Heykəl o qədər canlı görünür ki, sanki mərhum aktyor yenidən canlanıb.
Murad Daşqın hazırda fəaliyyətini Ankaradakı ofisində davam etdirir. Onun təkcə Türkiyədə deyil, xaricdə də əl işləri, hazırlaadığı heykəllər var.
Gənc sənətkar bu işə yeni başlayanlar üçün məsləhətlər də verir. O, bu iş üçün öncə sənətkar duyumunun olmasını vacib sayır. Bu cür heykəllərin ərsəyə gətirilməsi üçün də xeyli maddi vəsaitə ehtiyac oldunu qeyd edir.
Maraqlanan oxucularımız üçün qeyd edək ki, haqqında bəhs etdiyimiz gənc sənətkarın əl işlərini buradakı instaqram hesabından da izləyə bilərsiniz.(Musavat.com)


Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

 

Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

 

Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

 

скачать dle 12.1

Şərhlər