
Məşhur səyahət jurnalı "Conde Nast Traveller” dünyanın ən möhtəşəm ölkələrinin siyahısını dərc edib.
Xarici mətbuata istinadən xəbər verilir ki, siyahı həm YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil olan, həm də turistlərin ən çox getdiyi ölkələr əsasında tərbit olunub.
1. Türkiyə

Bodrum və Antalya kimi turistik şəhərləri ilə məşhur olan qardaş ölkə Türkiyə siyahının lideri olub.
2. Filippin

Uzaq Asiya ölkəsi Filippin turist axınının ən çox olduğu 2-ci ölkədir.
3. Nambiya

Cənubi Afrika ölkəsi Namibiya təbiəti və çölləri göz oxşayır.
4. Yunanıstan

Yunanıstan da siyahıda öz layiqli yerini tapıb.
5. İslandiya

Bu uzaq və soyuq ölkə son zamanlar səyyahların ən sevdiyi marşrutlardan biridir.
6. Sloveniya

Yuqoslaviyanın dağılması ilə müstəqillik qazanan Sloveniya bu gün Avropanın ən firavan ölkələrindən biridir. Coğrafiyası İsveçrə və Avstriyaya çox bənzəyir.
7. Mərakeş

Aralıq dənizi sahillərində yerləşən Mərakeş Kasablanka kimi şəhərləri ilə yanaşı, təbiətilə də insanları ovsunlayır.
8. İrlandiya

Ölkə ədəbiyyatçıları və musiqiçiləri ilə bərabər təbiəti də diqqət çəkir.
9. Çili

Latın Amerika ölkəsi Çili fərqli iqlimlərin birlikdə olması ilə tanınır. Sahil zolağı yaşıllıqlarda zəngin olduğu ölkədə eyni zamanda dünyanın ən quraq bölgəsi sayılan Atacamaya da yerləşir.
10. Norveç

Skandinaviyanın bu zəngin ölkəsi siyahının onuncu sırasında yer alır. Fyordlarıyla məşhur olan ölkə fotoqrafların da sevdiyi məntəqəsidir./ publika
GUNAZ.az



























