SON DƏQİQƏ
» » Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

Tarix:

29-06-2017, 00:53

/ 4 045 dəfə oxundu.
Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

Türkiyənin əsas cənnət guşələrindən biri sayılan Fethiyeyə 2009-cu ildə gələn pilot insanlara sözün əsl mənasında dəhşətli anlar yaşadıb.
 Pilot buraya istirahət üçün gələn turistlərə maraqlı təkliflər edir.
Qorxu və həyəcanı həyatının ayrılmaz parçasına çevirən 31 yaşlı pilot Hikmət Firudin göy üzündə inanılmaz akrobatik hərəkətlər sərgiləyərək insanlara adrenalin dolu anlar yaşadır.
O hesab edir ki, adrenalin bir turistin əsas istirahət mənbəyi olmalıdır: "Mən insanlardan soruşuram: "Mənimlə adrenalin yaşamaq istərdinizmi?" Razılaşırlarsa, mən onlarla birlikdə səmada müxtəlif akrobatik hərəkətləri sərgiləyirəm. Düzdür, onlar qorxurlar. Bu zaman sadəcə hərəkərləri saxlayıb sabit uçuşa keçirik".
Akrobatik hərəkətlər zamanı sərnişinləri ilə birlikdə həyəcanlandığını ifadə edən Hikmət onların qışqırıq səslərindan qorxduğunu da gizlətməyib: "Bəzən o qədər emosional sərnişinlər olur ki, onların həyəcanı mənə keçir. Bir anlıq qorxuram. Doqquz ildir bu işi görürəm, hələ heç bir itki olmayıb. Ən pis ehtimalda baş gicəllənməsi və qusma halları yaşanır".
Demək olar ki, bütün sərnişinləri ilə uçuşları lentə alan Hikmət onunla səmada adrenalin yaşamaq istəyən hər kəsi Fethiyeyə dəvət edir. (publika.az)

 

Videonu izləmək üçün şəklə klikləyin:

Pilot insanlara DƏHŞƏT yaşadır -

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər