SON DƏQİQƏ
» » 17 il oxşarının yerinə həbsdə qaldı - Fotolar

17 il oxşarının yerinə həbsdə qaldı - Fotolar

Tarix:

12-06-2017, 09:09

/ 3 782 dəfə oxundu.
17 il oxşarının yerinə həbsdə qaldı - Fotolar

ABŞ-ın Kanzas ştatında 1999-cu ildə baş vermiş silahlı soyğun hadisəsinə görə polis Riçard Cons adlı qaradərili gənci həbs edib.

GUNAZ.az xarici KİV-ə istinadən xəbər verir ki, Consun günahsız olduğunu sübut etmək üçün etdiyi cəhdlər nəticə verməyib. Çünki hadisə yerindən əldə edilən video görüntülər, şahid ifadələri cinayət törətmiş şəxsin bütün əlamətlərinin Consun əlamətlərilə üst-üstə düşdüyü qənaəti formalaşdırıb.

Amma 17 ildən sonra əsl cinayətkar tapılıb. Məlum olub ki, Cons cinayətkara o qədər oxşayıb ki, polislərin onu həbs etməkdən başqa yolu qalmayıb.
Riçardın başqasının yerinə cəza çəkdiyi təsadüf nəticəsində bəlli olub. Məhbuslar Riçardın Riki adlı cinayətkar şəbəkənin üzvünə çox oxşadığını bildiriblər. Hətta onu türmədə "Riki" adlandırıblar. Riçard vəkillərindən Riki haqda maraqlanmağı və polisə onun barədə məlumat vermələrini xahiş edib. Vəkillərin araşdırmasından sonra əsl cinayətkarın kim olduğu üzə çıxıb. O da məlum olub ki, hadisə baş verən gün Riçard həyat yoldaşı və anası ilə birlikdə olub.(Teleqraf)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ