SON DƏQİQƏ
» » Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi - FOTOLAR

Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi - FOTOLAR

Tarix:

6-06-2017, 00:17

/ 4 383 dəfə oxundu.
Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi - FOTOLAR

Türkiyənin Kütahya bölgəsində yaşayan Yılmaz Akkaya istirahət üçün getdiyi ərazilərdən birində otel qiymətlərinin yüksək olduğundan şikayət edib. Qiymətlərin həddindən artıq yüksək olmasına maraqlı şəkildə etriaz edən Yılmaz mediada geniş müzakirə olunub.

Otelin qarşısında 1992-ci ildə istehsal olunan köhnə avtomobilinin içərisində bir nəfərlik otel otağını kölgədə qoyacaq şərait qurub. Avtomobilin içərisinə çarpayı, televizor, kiçik ölçülü soyuducu və bir sıra zəruri ev əşyaları yerləşdirən Yılmaz bütün bunlara cəmi 8 min türk lirəsi xərclədiyini deyib.

Maşının şüşələrinə incə detallarla işlənmiş pərdə, sancaq və təsbehlər asan Yılmaz Akkaya dəri oturacaq və rəngarəng işıqları ilə vətəndaşların diqqətini çəkib.

Avtomobili ilə bir çox istirahət zonalarını gəzən Yılmaz Akkaya, insanların ona qarşı maraqlı baxışlarından zövq aldığını deyib: "İnsanlar mənə yaxınlaşaraq onların avtomobillərini də bu cür bəzəməyimi xahiş edirlər".

Könül Cəfərli


скачать dle 12.1

Şərhlər