SON DƏQİQƏ

Riyaziyyat elminə yeni bir töhfə

Tarix:

5-05-2017, 12:58

/ 6 980 dəfə oxundu.
Riyaziyyat elminə yeni bir töhfə


 

 

Cəmiyyətimiz müəllim adına həmişə ən yüksək qiymət vermiş və müəllimlərə hörmətlə yanaşmışdır. Müəllim adı müqqədəs və böyük addır. Hər kəs ona borclu və yaşadığı ömür müddətində müəlliminin qulluğunda durmağa hazırdır.

Ümummilli lider Heydər Əliyev deyib: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Həqiqətən ondan yüksəkdə duran ad demək çətindir. Həyatda əvəzsiz uğurlarımızın bir çoxunu məhz müəllimlərə borcluyuq. Dahi mütəfəkkirlər müəllim və sənətlərinə ən yüksək təriflər deyiblər. Hər zaman toplum onlara qayğı, məhəbbət, ehtiram və sədaqətlə yanaşıb. Dünyanın dincliyi, əmin-amanlığı və inkişafının təməllərini müəllimlər qoyub. Bütün bəşəriyyət bu sənətlə iftixar duyur. Cahan müəllimlərin zəhməti ilə tərəqqi tapır.
Gənc nəslin yeni metodlarla təlim və tərbiyə edilməsi dövrümüzün zəruri şərtlərindən biridir. Əsas tələblərdən biri də şagirdləri elə bilik və bacarıqlarla silahlandırmaq lazımdır ki, onlar öz biliklərini sərbəst şəkildə artırmaq imkanına malik olsunlar. Peşəsini sevən müəllim yaxşı müəllimdir, həm fənnini həm də uşaqları sevən müəllim isə əsl müəllimdir. Tədris etdiyin materialı lazımi metodlarla şagirdlərə mənimsətməyi bacarmaq lazımdır. Həyatda baş verən dəyişikliklərlə uyğunlaşmaq və səmərəli fəaliyyət əldə etmək o zaman mümkün olur ki, insan həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarsın.
Hər zaman müəllim adı ilə qürur duyan və ömrünü bu sənətə həsr edən müəllimlərdən biri də Mehdiyev Qasimi Məcid oğludur. Mehdiyev Qasimi 1954-cü il aprelin 26-da anadan olub. Orta təhsilini 1959-1969-cü illərdə alıb. Elə həmin ildə Gəncə Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisasına qəbul olub. 1973-cü ildə ali məktəbi bitirdikdən sonra təyinatla müəllimlik sənətinə başlayıb. 1989-cu ildən öz doğma kəndi Əyyublu kəndində Riyaziyyat elmini tədris etməyə başlayıb. Bir neçə məqaləsi "Təhsil problemləri” qəzetində işıq üzü görüb. 1989-cu ildə "Tovuz” qəzetində Qasimi Mehdiyevə həsr olunan məqalə işıq üzü görüb. Müəllimin şagirdləri 1988 və 1998-ci illərdə Riyaziyyat fənnindən Respublika Olimpiadasında iştirak edərək müvafiq yerlər tutublar. Qasimi müəllimin fəaliyyəti bir neçə qurum tərəfindən qiymətləndirlərək 1980, 1984 və 1988-ci illərdə Frəxri fərmanla təltif edilib.
Müəllimin tədris etdiyi Riyaziyyat elmi hər kəsin öyrənilməsi vacib olan elmlərdən biridir. Bu elm digərləri üçün açar rolunu oynayır. Riyaziyyat elmi ilə silahlanan şəxslər isə bir neçə elmə bələddir. Günümüzün müasir texnikalarının inkişafında Riyaziyyat elminin rolu danılmazdır. Bu elmdə yeni fikir söyləmək isə olduqca çətin bir prosesdir. Əsrlər bundan qabaq isə bu haqda saysız kəşflər olub. Riyaziyyat elminin bir qolu olan Həndəsə elmi haqqında da bu fikirləri söyləyə bilərik. Həndəsə elmində Düzbucaqlı üçbucaq haqqında isə yeni fikirlər olduqca çətin söylənilir.
Müasir dövrdə Pifaqor teoremi haqqında əlavə və töhfələr irəli sürmək isə asan proses deyildir. Qasimi müəllim Pifaqor teoreminin yeni həl metodu haqqında bir töhfə irəli sürüb. Qasimi müəllim yeni töfəsində qeyd edir: "Müasir dərs ilk növbədə yaradıcı olmağı tələb edir. "Düzbucaqlı üçbucaqların həlli” mövzusunu tədris edərkən belə bir yenilik etməyə çalışıram. Dərslik və digər ədəbiyyatlarımızda yazılır ki, düzbucaqlı üçbucağın həlli üçün onun ən azı digər 2 elementi verilməlidir ki, yerdə qalan üç elementini tapmaq mümkün olsun. Mən tədris prosesində xüsusi hal olaraq tərəflər natural ədədlər olduqda a 3 şərti daxilində (a kiçik tərəfdir) istənilən düzbucaqlı üçbucağın kiçik katetinə görə, yəni, bir elementə görə yerdə qalan digər elementləri tapmağı şagirdlərə öyrədirəm. Halbuki düzbucaqlı üçbucağın bir katetə görə digər elementlərinin tapılması barədə dərsliklərimizdə məlumat yoxdur”.
Qasimi müəllim müasir təhsil sistemi haqqında qeyd edir: "Müəllim dərsin təşkilatçısıdır və onun müasir tələblərə cavab verən dərs qura bilməsi, yeni pedaqoji texnologiyaları bilməsi və tətbiq etməsi vacibdir. Təhsil sahəsində aparılan islahatların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Milli kurikulum islahatı da məhz bu məqsədin reallaşmasına xidmət edir. Müəllimin sinifdə yazı lövhəsində keçdiyi ənənəvi dərslər sıradan çıxmalı və ya əsaslı şəkildə dəyişməlidir. Müasir dərs dövrün tələblərinə cavab verən müstəqil və məsuliyyətli pedaqoji ustalığa əsaslanır. Dövrümüz yüksək texnologiyalar dövrüdür, bu texnologiyalara isə ancaq elmi biliklərlə yiyələnmək olar. Elm isə təhsildən başlayır. Riyaziyyatın tədrisində texnologiyanın nailiyyətlərinin tətbiqi təlimin səmərəli təşkilinə xidmət edir. Hər bir müəllim tədris olunan mövzu ilə həmin mövzunun tədrisi üsulları arasında qarşılıqlı uyğunluq axtarmalıdır”.
Dərs dediyi məktəb və rayon riyaziyyatçıları tərəfindən maraqla qarşılanan bu yeni töhfə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən də qiymətləndirilərək 05.04.2017-ci il tarixində Şəhadətnamə verilmişdir.
Qasimi müəllim peşəkar müəllim olmaqla yanaşı, həm də gözəl atadır. İki oğlu var. Etibar və Elman hər ikisi magistr təhsili alaraq universitetlərini fərqlənmə diplomu ilə bitirib. Böyük oğlu Etibar Bakı şəhərində Dövlət qulluğunda çalışır. Kiçik oğlu Elman doğma kəndi Əyyubluda Coğrafiya fənnini tədris edir. Elman müəllim 5 kitab və 30-dan çox məqalənin müəllifidir.
Mahmud Əyyub
Qeyd: Məqalədəki yenilik haqqında daha ətraflı məlumat əldə etmək üçün (050 627 92 45) bu nömrə vasitəsi ilə birbaşa müəlliflə əlaqə saxlaya bilərsiz.

 

 

 

 

 

 

 

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ