SON DƏQİQƏ

“Hər şey ədədlərdən ibarətdir”

Tarix:

2-05-2017, 18:58

/ 4 053 dəfə oxundu.
“Hər şey ədədlərdən ibarətdir”

Bir riyaziyyatçıya sual verirlər "Ən böyük ədəd neçədir?” Cavab verir: "2”. "Nə üçün?” sualına o belə cavab verir: " Çünkü, 1 ədədindən sonra 2 deyə bilirəmsə, 2-dən sonra 3 deyə bilərəm v.b. sonsuzluğa qədər davam edə bilərəm.”
Burada ən böyük məna 1-dən sonra 2 söyləməkdir. Başqa sözlə, bu düşüncənin fəlsəfəsi1 ədədinin bütün ədədlərin tacı olmasıdır.
İcazənizlə, 1 ədədinin dərin mənasını göstərən bir dusturu sizlərin diqqətimə çatdırım.
4 ardıcıl ədədin hasili heç vaxt tam ədədin kvadratına bərabər ola bilməz. Amma bu hasilə 1 əlavə edildikdə o, məlum bir tam ədədin kvadratına bərabər olur: Məsələn, 1*2*3*4= 24. Bu bərabərliyin sol tərəfinə 1əlavə etdikdə 25-ə bərabər olur, yəni 5-in kvadratına bərabər olur. Bu son ədəd də həmişə bu hasildəki 1-ci və 4-cü ədədlrin hasilinə 1 əlavə etdikdə alınan ədədin kvadratına bərabər olur.
Bu düstur istənilən 4 ardıcıl ədəd üçün doğrudur. Çox asanlıqla bunu yoxlaya bilərsiniz. Riyaziyyatdan buna oxşar çoxlu nümunələr göstərmək olar. Bu dusturlarda 1 ədədi görün nə qədər böyük məna kəsb edir. Bu mənanı dərindən hiss edən qədim yunan riyaziyyatçı-filosofu Pifaqor ədədlər haqqında düşüncəsini bələ ifadə etmişdir: "Hər şey ədədlərdən ibarətdir”.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ