GUNAZ.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - sayıq olun, yaşananları nəzərdən qaçırmayın. Səhhətinizdəki kiçik problemlər həllini tapacaq. Gərəkli insanlarla münasibətlərdə aydınlıq yaranacaq.
Buğa - özünüzdən güclü, qüvvətli və imkanlı rəqibinizi səhər saatlarında üstələməyə çalışmayın. Özünüzü piss hiss etsəniz də, sinirli olsanız da belə davranmayın. Önəmli münasibətlərə son qoya biləcək qalmaqala yol verməyin.
Əkizlər - səhər saatlarından başlayaraq aktiv, sürətli, qətiyyətli, inadkar olun. Çünki axşam saatlarında istəyinizə rəğmən, ofisdə və ya evdə ağır işlə məşğul olacaqsınız.
Xərçəng - emosiyaların izharı üçün əlverişli vaxt deyil. İstənilən təmas və əlaqələrdə, xüsusilə də ailə üzvləri və yaxınlarınızla söhbətlərdə diqqətli olun. Ümumi mənafe naminə yaxınlarınızın maraqlarını nəzərə almağa çalışın.
Şir - iş tempini bir qədər aşağı salın. İllah da ki, qarşınıza qoyulan şərt və tələblərdə dəyişikliklər olacaq. Qarşılıqlı münasibətlər, əməkdaşlıq, maraqların balansına xüsusi diqqət yetirin.
Qız - səhər saatlarında işlərin çoxluğu sizi bir qədər narahat edə bilər. Rutin işlərlə özünüzü yükləməyin, əks təqdirdə səhhətinizdəki problem ağırlaşa bilər.
Tərəzi - situasiyadan çıxış yolu var və o yol tək deyil. Təmkinli davransanız, peşəkarlıq göstərsəniz, habelə baş verənləri real dəyərləndirsəniz heç nədən çəkinməyə bilərsiniz.
Əqrəb - hadisələr gözlənilməz məcraya yönələ bilər. Qorxmayın, əvvəlcə şəraiti dəyərləndirin. Emosiyalarınıza hakim olun. Düşünülməmiş qərarlar verməyin.
Oxatan - bu vaxtda başqalarının sizə sırımağa çalışdıqları avantüralara yox, əsl işlərə, qarşınızda duran məqsədlərə diqqət verəcəksiniz. Bəzi hadisələr və ya xəbərlər qeyri-adi, paradoksal təsir bağışlaya bilər.
Oğlaq - bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın. Belə olarsa, yeniliyə marağınız tezliklə azalacaq və ya ümumiyyətlə, heç nə alınmayacaq. Günün ikinci yarısı daha məhsuldar olacaq.
Dolça - Yeni, gözlənilməz perspektivlərlə bağlı həyatınızda dəyişikliklər ola bilər. Fəqət aldığınız təklifə tələsik razılıq verməyə tələsməyin. Təkliflə bağlı bütün məlumatları əldə etməyə çalışın.
Balıqlar - bu gün fərqli davranın, çünki indiyədək tətbiq etdiyiniz modellər özünü doğrultmur. Başa çatdırmadığınız işlər qalıbsa, operativ olun, onları mümkün qədər tez bitirin. Günün ikinci yarısında xüsusilə diqqətli olun.