SON DƏQİQƏ

Günün qoroskopu:Diqqətli və sayıq olun

Tarix:

7-04-2017, 00:55

/ 3 999 dəfə oxundu.
Günün qoroskopu:Diqqətli və sayıq olun

GUNAZ.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç
- yeni yer tutmaq, məqsədə çatmaq üçün öz yolunuzu seçmək vaxtıdır. Dostlar və yaxınlarla ümumi probemlər yaxınlaşmaq üçün güclü amilə çevriləcək.
B
uğa - bu gün xırda təpələrin arxasında dağ görünəcək. Ümumi mühit gərgin olacaq, spontan münaqişələr yaranacaq, ətrafınızdakı insanlar reaksiyalarına xəsislik etməyəcəklər.
Əkizlər
- hisslər və emosiyalar müstəvisində dağınıqlıq müşahidə olunacaq. Başqaları ilə yanaşı, özünüzü də çətinliklə anlayacaqsınız. Mühüm iş və ya tədbir varsa, kreativlik çılğınlığı mümkündür.
Xərçəng
- poçt qutularınızı yoxlayın, sizi maraqlandıran təmaslarda aktivləşin. Bir neçə yerə baş çəkin, iş yoldaşları və tərəfdaşlarla perspektivləri müzakirə edin.
Birgə iş üçün aktiv gündür.
Şir
- yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər. Dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur - hər şey yaxınlıqdadır.
Qız
- maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır.
Tərəzi
- diqqətli və sayıq olun. Ay və Oxatanın münasibətləri intellektual məşğuliyyətlə yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.
Əqrəb
- lakin başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq sizdən uzaqdakı insan olacaq.
Oxatan
- bütün "cəbhə"lərdə işləri başa vurmağa çalışsanız, səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki işlər və tapşırıqlarla müəyyənləşdirin.
Oğlaq
- batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət alınar. Hissiyatınıza güvənin - o, sizə doğru yol göstərəcəək. Problemləri həll edin, işlərdə zəif "bənd"i tapın.
Dolça
- yaradıcı, maraqlı ideyası olan insanlar üçün əlverişli gündür. Təbiilik, fərqlilik, spontanlıq sizi maraqlandıran tədbirə gərəkli həlqələr olacaq. Siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz.
Balıqlar
- komanda işi, kollektiv fəaliyyət, iclas, toplantı, müsabiqə və yarış üçün əlverişli gündür. Enerjiniz ağır iş, səfər, dövlət qurumlarına baş çəkmək üçün yetərilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ