İyun ayının 30-dan sonra bəzi telefonlarda "WhatsApp" işləməyəcək. Şəbəkənin rəsmi bloqundan verilən məlumata görə, artıq bəzi "Android", "IOS", "Windows", "BBOS" və "Symbian" platformalı telefonu olan istifadəçilər "WhatsApp"dan yararlana bilməyəcəklər. İyun ayının 30-dan sonra "WhatsApp"ı işləməyəcək smartfonlar: Nokia S40 Nokia Symbian S60 Android 2.1 Android 2.2 Windows Phone 7.+1 iPhone 3GS (iOS 6) BlackBerry OS ve BlackBerry 10 Qeyd edək ki, bu telefonlar üçün yenilənmələrin tətbiqi 2016-cı ilin sonunda bitsə də, şirkət istifadəçilərə 2017-ci ilin iyun ayına kimi vaxt verib.