SON DƏQİQƏ
» » “İphone” “Android”lə müqayisədə daha çox səhv edir

“İphone” “Android”lə müqayisədə daha çox səhv edir

Tarix:

4-03-2017, 01:21

/ 5 801 dəfə oxundu.
“İphone”  “Android”lə müqayisədə daha çox səhv edir

Telefon dünyasında ən yaxşı  əməliyyat sisteminə (İOS) malik "İphone” markalı mobil telefonların "Androidlər”-lə müqayisədə  daha çox səhvə yol verdiyi məlum olub.
Bu barədə ötən ilin avqustunda "Blanco Technology Group” tərəfindən mobil cihazlarla bağlı nəşr olunan hesabatda qeyd olunub.  Yeni nəşr olunan hesabata əsasən ötən illə müqayisədə İOS əməliyyat sistemlərində  səhvlərə yol verilməsi artıb. Belə ki, 2015-ci ilin son rübündə 25% olan səhv nisbəti, 2016-ci ilin sonuna doğru yüzdə 62-yə qədər yüksəlib. Androidlərdə isə bu nisbət yüzdə 47 olaraq qalır. Yeni hesabata görə müxtəlif proqram tətbiqlərində ən çox səhvlərə yer verən telefon markası  "iPhone 6” seçilib.
"Apple” şirkətinin 2016-ci ilin sentyabrında təqdim etdiyi "iPhone 7” və "iPhone 7 Plus” modellərində isə bu nisbət 3 %  səviyyəsindədir. Eyni zamanda  batareya, kamera və USB- lərin istifadə olunmasında  daha çox qüsurların rast gəlindiyi əməliyyat sistemi olaraq Androidlər göstərilib. Digər "Android” istehsalçıları ilə müqayisədə bu siyahıya "Samsung”–un liderlik etdiyi ,  "Facebook”, "Instagram” və” Snapchat” proqramlarının isə İOS (iphone)-lərdə daha zəif işlədiyi  göstərilib.
Qeyd edək ki,  hesabatda Android cihazlarının  bir il  əvvəlki hesabata görə, səhvlərə yol vermə prosesini  yüzdə 38 nisbətində aradan qaldırdığı vurğulanıb.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ