SON DƏQİQƏ
» » Lisey və gimnaziyalara qeydiyyat necə aparılacaq? - RƏSMİ

Lisey və gimnaziyalara qeydiyyat necə aparılacaq? - RƏSMİ

Tarix:

20-04-2021, 15:10

/ 6 492 dəfə oxundu.
Lisey və gimnaziyalara qeydiyyat necə aparılacaq? - RƏSMİ

"Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tədrisi Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir”.

GünAz.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı sualları cavablandırarkən bildirib.

 

O qeyd edib ki, təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla) qeydiyyatın necə aparılmasına gəlincə isə, nazirlik rəsmisi bildirib ki, təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək.

Övladı müsahibədən uğur qazanmış valideyn "Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər.

Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə "Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər.Müsabiqələr 5 iyuldan 15 iyul tarixinədək keçiriləcək./qafqazinfo/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ