SON DƏQİQƏ
» » Qadın uşağın qarşısında qaynı oğlu tərəfindən qətlə yetirildi

Qadın uşağın qarşısında qaynı oğlu tərəfindən qətlə yetirildi

Tarix:

31-03-2021, 08:34

/ 4 905 dəfə oxundu.
Qadın uşağın qarşısında qaynı oğlu tərəfindən qətlə yetirildi

GunAz.az bildirir ki, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.

Hazırda qadının meyiti müayinə olunması üçün  Şirvan morquna yerləşdirilib. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

 

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.APA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ