SON DƏQİQƏ
» » Masaj salonlarına hücum edildi, 7 nəfər ÖLDÜRÜLDÜ

Masaj salonlarına hücum edildi, 7 nəfər ÖLDÜRÜLDÜ

Tarix:

17-03-2021, 09:32

/ 4 630 dəfə oxundu.
Masaj salonlarına hücum edildi, 7 nəfər ÖLDÜRÜLDÜ

ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) bir neçə silahlı hücum baş verib.

 TASS xəbər verir ki, ilk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.

Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.

Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ