Sumqayıtda binanın blokundan 38 yaşlı kişinin meyiti tapılıb.
GunAz.az xəbər verir ki, səhər saatlarında şəhərin 3-cü mikrorayonunda binanın blokunda naməlum kişi meyiti aşkarlanıb.
İlkin araşdırma zamanı ölən şəxsin Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olması müəyyən edilib.
Onun hansı səbəbdən öldüyünü dəqiqləşdirmək üçün ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.