SON DƏQİQƏ

Gecə klubunda atışma: 7 nəfər yaralanıb

Tarix:

13-11-2017, 07:42

/ 1 621 dəfə oxundu.
Gecə klubunda atışma: 7 nəfər yaralanıb

ABŞ-ın İndiana ştatında gecə klubunda baş verən atışma nəticəsində 7 nəfər yaralanıb.

Gunaz.az-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, polis artıq şübhəli bilinən şəxsi saxlayıb. Onun şəxsiyyəti hələlik açıqlanmır.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan çoxusunun vəziyyəti stabildir.

Polis şübhəli bilinən daha bir şəxsi axtarır.

скачать dle 12.1

Şərhlər