SON DƏQİQƏ
» » Deputatın arvadından pul tələb edən jurnalist həbs olundu

Deputatın arvadından pul tələb edən jurnalist həbs olundu

Tarix:

26-07-2017, 09:09

/ 3 855 dəfə oxundu.
Deputatın arvadından pul tələb edən jurnalist həbs olundu



Dünən İrəvan şəhər məhkəməsində baş tutan prosesdə analitik.am saytının direktoru xanım jurnalist Ani Ovanisiyan həbs olunub. 

GUNAZ.az-ın işğalçı ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, Ovanisiyan erməni deputat Tiqran Urexyan və onun arvadından şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur.Hakim onu 1.5 il azadlıqdan məhrum edib. Tiqran Urixyan məhkəmədə bildirib ki, Ani Ovanisiyan ondan 300 min dram pul tələb edib. O, bu pulları verməyəcəyi halda analitika.am saytında deputatın ailəsinə və fəaliyyətinə aid xoş olmayan materiallar dərc olunacağına dair təhdidlər alıb. Bundan sonra deputat məhkəməyə müraciət edərək xanım jurnalistin həbs olunmasına nail olub. Mətbuata açıqlama verən jurnalistin vəkili bildirib ki, onun müştərisinə qarşı həyata keçirilən bu iş quramadır və həbs siyasi xarakter daşıyır.(Moderator)

скачать dle 12.1

Şərhlər