Vələslərdən bizə çatan quruca bir budaq

Vələslərdən bizə çatan quruca bir budaq

Sabir Rüstəmxanlı

Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz döstüm Musa Yaqubdan zəng gəldi. " Hardasan?" "Yardımlıdan qayıdıram" - dedim. "Mən də Bakıdayam. Görüşək." - dedi. Səsi saglam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı.
Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə" şükür, yaxşısan!, bu Əzrayıl müəllim, bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil..." - dedim. Üz-üzə oturmuşduq.Gah mənə, gah əlindəki əsaya baxıb " görürsən də bu əsanı, o boyda meşələrim bizə hədiyyəsi..."- deyə gülümsədi. Bu acı bir həqiqətdi. "Deyirsən yəni bit ömür gözəlliyindən yazdığımız o meşələrdən, o cökəlgıərdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?" Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır...Həmişə olduğu kimi, ölkənin və cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını paylaşır. Söhbətimizin axırında " bu boyda stajımızı batıra bilmərik" deyib asta- asta mətbəxə keçdi. Bir azdan Musa: "Sən bir bunun adına bax e!"- deyib " Sevgilim" şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri... Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?

Vələslərdən bizə çatan quruca bir budaq

 

скачать dle 12.1
Geri qayıt