SON DƏQİQƏ
» » Onlar elədi yorulmadı, biz oxumaqdan yorulmamış ərinirik!

Onlar elədi yorulmadı, biz oxumaqdan yorulmamış ərinirik!

Tarix:

22-05-2019, 08:47

/ 485 dəfə oxundu.
Onlar elədi yorulmadı, biz oxumaqdan yorulmamış ərinirik!

 

Erməni təcavüzünün ilk illəriydi. Qardaşım da, mən də tələbəydik. Hər gün "Azərbaycan" nəşriyyatında çap olunan bir xeyli qəzeti gətirib evdə oxuyurdum.    Dəhşətə gəlirdim ermənilər başımıza nə oyun açıblar. Tarix fakültəsində oxuyan qardaşımın ürəyiyumşaqlığını nəzərə alıb, ona təklif etdim ki, gəl, sənin ixtisasını dəyişək, ayrı fakültəyə keçirim səni. Soruşdu ki, niyə? Dedim, bilə, sən 5 il institutda özün öyrənməkdən, sonra da bütün ömürboyu uşaqlara ermənilərin bizi nə günə qoyduqlarını öyrətməkdən pis günə qalacaqsan. Ürəyin dözməz.
Qayıtdı ki:
- Narahat olma, türklər bizim qisasımızı alıblar! Yenə də alacaqlar! Üstəlik də, əgər ermənilər bu boyda dəhşəti bizə yaşadıblarsa, ərinməyiblərsə, yorulmayıblarsa, biz faciələrimizi öyrənməkdən, bilməkdən niyə yorulmalıyıq ki?
Amma mən gümanımda haqlı olmuşdum: qardaşım tarix müəllimi işləmir - üçcə il işlədi və indi fəhləlik edir! Hətta hüquqşünas olsa da üstəlik, hüquqşünas da işləmir - hər gün haqqı tapdananların fəryadlarının stenoqramını yazmaq qoyarmı ki, adamda ürək, baş qalsın?

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ