SON DƏQİQƏ

Bir qadın savadlıdırsa cəmiyyət savadlıdır

Tarix:

2-03-2017, 15:52

/ 8 328 dəfə oxundu.
Bir qadın savadlıdırsa cəmiyyət savadlıdır

Hər birimiz 8 Mart Beynəlxalq qadınlar bayramını qeyd edir, təbriklər alırıq . Bu onun göstəricisidir ki, artıq qadınlar cəmiyyətdə sosial həyatda öz yerlərini tutur. Mən deyərdim ki 8 Mart qadın azadlığının təmsilçisidir. 

 Bunuda qeyd edim ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq Beynəlxalq bayram olduğu üçün keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. Bu isə Azərbaycan qadının sovet dövründən bu vaxta qədər savadlanmasına mariflənməsinə və dahada ucalmasına işarədir. Mən bir qadının yer üzündə ən güclü varlıq olduğunu düşünürəm. Sevindirici haldır ki, qadın azadlığı hazırki dövrümuzdə çox böyük rəğbətlə qarşılanır. Dünyani nə xilas edəcək sualına bir çox vaxt fərqli cavablar veririk, mənim zənnimcə bu qadındı. Bəli qadın! Çox təsüflənirəm ki, bir çox qadınlar sadəcə qadın olduqları üçün ,canlarından keçdikləri üçün bu il 8 mart görə bilmədilər . Qadın zorakılığı, məcburi və erkən evlənmə qadın azadlığını boğur.Amma bizim bunu aradan qaldırcağımıza inanıram.Qadınların savadlanmasına böyük işlər görən Hacı Zeynalabidin Tağiyev çox gözəl demişdir "Bir qadın savadlıdırsa cəmiyyət savadlıdır.

Bəli uşaq vaxtı hər 8 martda səhər tezdən oyanar və bu şeiri anama deyərdim. Məncə mənim kimi bir çoxlarınız bunu edirdiniz və ən gözəl tərəfi də bunun analarımız üçün ən gözəl hədiyyə olması idi.

8 martdır, anacan,

Gəl öpüm üz-gözündən

And içirəm heç zaman

Mən çıxmaram sözündən

Vüsalə Səmədli

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər