SON DƏQİQƏ

"Qazprom"un gəlirlərində kəskin azalma

Tarix:

30-04-2021, 22:17

/ 1 554 dəfə oxundu.
"Qazprom"un gəlirlərində kəskin azalma

2020-ci ildə "Qazprom” şirkətinin xalis mənfəəti təxminən 90 faiz azalıb.

GunAz.az xəbər verir ki, "Qazprom” bunu qiymətlərin enməsi ilə izah edir. Ötən il "Qazprom”un xalis mənfəəti 135,3 milyard rubla (1,82 milyard dollar) düşüb.

Şirkətin Avropaya təbii qaz satış həcmində 6 faiz və ya 13,4 milyard kubmetr azalma olub. "Qazprom” 2020-ci ildə Avropaya 219 milyard kubmetr, 2019-cu ildə isə 232,4 milyard kubmetr təbii qaz satıb. Daxili qaz satışları da 236 milyard kubmetrdən 225 milyard kubmetrə enib.

2019-cu ildə 507 milyard kubmetr olan "Qazprom” ümumi qaz satışı ötən il 475 milyard kubmetrə düşüb.


скачать dle 12.1

Şərhlər