SON DƏQİQƏ
» » Rusiya Ermənistana satacağı qazın qiymətini qaldırdı

Rusiya Ermənistana satacağı qazın qiymətini qaldırdı

Tarix:

4-01-2019, 08:34

/ 10 212 dəfə oxundu.
Rusiya Ermənistana satacağı qazın qiymətini qaldırdı

Moskvada QSC "Qazprom”un idarə heyətinin sədri Aleksey Millerlə Ermənistan Baş naziri müavininin səlahiyyətlərini icra edən Mqer Qriqoryan arasında gələn-2019-cu ildən Ermənistana satılacaq qazın qiyməti ilə bağlı danışıqlar aparılıb. 
"Qazprom" ASC-nin veb səhifəsinə istinadən bildirilir ki, 2019-cu ildə Ermənistana qaz tədarükünün qiymətini müəyyən edən “Qazprom ixrac” və QSC "Qazprom Ermənistan" arasında imzalanmış əlavə sazişə əsasən, Gürcüstan və Ermənistan sərhədində Rusiya qazının qiyməti 2019-cu ilin 1 yanvar tarixindən etibarən hər min kubmetr üçün 165 ABŞ dolları təşkil edəcək. 
Xatırladaq ki, daha əvvəl Gürcüstan və Ermənistan sərhədindəki Rusiya qazının qiyməti hər min kubmetr üçün 150 dollar təşkil edirdi. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ