SON DƏQİQƏ
» » Mart ayına dair bütün sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb

Mart ayına dair bütün sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb

Tarix:

19-03-2021, 22:31

/ 1 500 dəfə oxundu.
Mart ayına dair bütün sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla  bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub.


скачать dle 12.1

Şərhlər