SON DƏQİQƏ
» » Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyardı ötdü

Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyardı ötdü

Tarix:

12-02-2021, 23:38

/ 1 696 dəfə oxundu.
Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyardı ötdü

2020-ci ildə Azərbaycanda hüquqi və fiziki şəxslər 183 ölkə ilə ticarət əməliyyatları keçirib.

GunAz.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycandan 111 ölkəyə məhsul ixrac edilib, 172 ölkədən isə məhsul idxal olunub.

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 24,2 milyard dollar, o cümlədən 13,4 milyard dollar ixrac və 10,7 milyard dollar idxal təşkil edib. Ticarət balansında müsbət saldo 2,7 milyard dollara bərabər olub.

2019-cu illə müqayisədə xarici ticarət dövriyyəsi 21,9 faiz, idxal 36 faiz, ixrac isə 12 faiz azalıb.


скачать dle 12.1

Şərhlər